14-07-2026
Bakı Qızlar Universitetinin professoru, filologiya elmləri doktoru Qətibə Mahmudova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş xatirə nişanı ilə təltif olunub.
Bu yüksək təltif görkəmli alimin türkoloji elmin inkişafına, Azərbaycan dilçiliyinin və filologiyasının zənginləşdirilməsinə, eləcə də elmi-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Bakı Qızlar Universitetinin kollektivi adından professor Qətibə Mahmudovanı bu nüfuzlu mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər, uğurlar və Azərbaycan elminin inkişafı naminə fəaliyyətində davamlı müvəffəqiyyətlər arzulayırıq.
14-07-2026
11-07-2026
03-07-2026
02-07-2026