Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

23-02-2026

Professor Qətibə Mahmudovanın məqaləsi “Türk Yurdu” jurnalında dərc olunub

Professor Qətibə Mahmudovanın məqaləsi “Türk Yurdu” jurnalında dərc olunub

Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru Qətibə Mahmudovanın məqaləsi Türkiyədə nəşr olunan nüfuzlu “Türk Yurdu” jurnalının 2026-cı il fevral sayında dərc edilmişdir  . “Türkologiya Kurultayının 100-cü ilinə armağan” adlı yazıda müəllif Prof. Dr. Şükrü Haluk Akalının “100. Yılında 100 Soruda Birinci Türkoloji Kurultayı” kitabını geniş şəkildə təhlil edir. Məqalədə Birinci Türkoloji Qurultayının tarixi əhəmiyyəti, az bilinən məqamları, iştirakçıların taleyi və arxiv materiallarına əsaslanan faktlar elmi baxımdan şərh olunur. Professor Q. Mahmudova əsərin Türk dünyasının ortaq elmi yaddaşına mühüm töhfə verdiyini vurğulayır. Qeyd edək ki, məqalə Türkoloji elmin aktual məsələlərinə həsr olunmuş xüsusi buraxılış çərçivəsində çap olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bütün xəbərlər