18-12-2025
16–17 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) keçirildi.
Konfrans çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələri və tədqiqat mərkəzlərində, eləcə də xaricdə elmi fəaliyyət göstərən azərbaycanlı doktorant və gənc tədqiqatçılar öz tədqiqatlarını təqdim ediblər. Konfransda Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının baş müəllimi Cavid Musayev də iştirak edərək, elmi məruzə ilə çıxış edib. O, “The impact of inclusive education on the academic and emotional development of students without disabilities” (İnklüziv təhsilin əlilliyi olmayan şagirdlərin akademik və emosional inkişafına təsiri) mövzusunda təqdimatla çıxış edərək inklüziv təhsil mühitinin şagirdlərin təlim nəticələrinə və emosional rifahına təsiri məsələlərini elmi əsaslarla təhlil edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında elmi müzakirələr aparılıb.
𝘔ə𝘵𝘣𝘶𝘢𝘵 𝘷ə 𝘪𝘤𝘵𝘪𝘮𝘢𝘪𝘺𝘺ə𝘵𝘭ə ə𝘭𝘢𝘲ə𝘭ə𝘳 şö𝘣ə𝘴𝘪
24-12-2025
22-12-2025
20-12-2025
19-12-2025