20-06-2026
Allah rəhmət eləsin!
Dərin hüznlə bildiririk ki, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının dosenti Həsənova Pərişan Məhərrəm qızı uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Pərişan xanım uzun illər ərzində universitetdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, tələbələrin təlim-tərbiyəsində, gənc nəslin yetişdirilməsində dəyərli xidmətlər göstərmişdir. Onun əziz xatirəsi həmkarlarının, tələbələrinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik.
Ruhu şad, məkanı cənnət olsun.
Allah rəhmət eləsin!
20-06-2026
20-06-2026
16-06-2026
11-06-2026