Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-10-2025

BQU-da Ekologiya Günü qeyd olundu

BQU-da Ekologiya Günü qeyd olundu

13 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc Təbiətşünaslar Klubu”nun təşəbbüsü ilə Ekologiya Gününə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə  universitetin rektoru professor Sevinc Rəhimova, “Sosial-pedaqoji fakültə”nin dekanı dos.İlahə Quliyeva, TEC sədri Firəngiz Süleymanova, klub rəhbəri Səbinə Fərzəliyeva və  fəal tələbələr ekoloji problemlər və onların həlli yolları barədə çıxışlar etdilər.

   Tədbirin məqsədi tələbələr arasında ekoloji mədəniyyətin artırılması, ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə və gənclərin məsuliyyətli davranışa təşviqi idi.

     Proqram çərçivəsində təqdimatlar, səhnəciklər, ətraf mühitin qorunmasına dair müzakirələr aparıldı və videoçarx nümayiş etdirildi. Sonda iştirakçılar təbiətin qorunması uğrunda “Yaşıl And” içdilər.

Digər xəbərlər

Bütün xəbərlər