Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

29-09-2025

"Humay" Ədəbi Birliyinin Yeni Tədris İlində İlk Yaradıcılıq Görüşü Keçirildi

"Humay" Ədəbi Birliyinin Yeni Tədris İlində İlk Yaradıcılıq Görüşü Keçirildi

29 sentyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində "Humay" Ədəbi Birliyinin yeni tədris ili üzrə ilk görüşü baş tutdu.

Görüşdə Birliyin üzvləri — Səma Muxtarzadə, Fəxriyyə Cəfərli, İlahə Ağayeva, Aynur Həsənova, Ülkər Talıbova, Şəfa Həbizadə, Ruqiyyə Kişiyeva, Zəhraxanım Ağaverdiyeva, Fatimə Məhərrəmova, Əzuqə Səttarova və Fidan Cəbrayılova iştirak etdilər.

Tələbələrdən F. Cəfərli "Bahar çiçəyi, İ. Ağayeva "Divanə" adlı şeirlərini, Z. Ağaverdiyeva "İkinci həyat", A. Həsənova isə "Emin" adlı hekayəsini təqdim etdilər. Təqdim olunan bədii nümunələr üzvlər tərəfindən müzakirə olundu, yaradıcılıq prosesi, məzmun və forma məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə iştirak edən "Azərbaycan dili və ədəbiyyat" kafedrasının baş müəllimi Aygün Cəfərova gənc yazarlara yaradıcılıqla bağlı dəyərli tövsiyələr verdi.

Görüşün sonunda Birlik üzvləri üzvləri yeni tədris ilinin ilk görüşündən xatirə şəkilləri çəkdirdilər.

Digər xəbərlər

Bütün xəbərlər