06-04-2026
Elit Autizm Reabilitasiya Mərkəzi tərəfindən Bakı Qızlar Universitetində “Autizm müasir cəmiyyətin reallığı kimi” mövzusunda təlim təşkil olundu.
Təlimdə Sosial-psixoloji fakültənin tələbələri ilə yanaşı, fakültə dekanı İlahə Quliyeva, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, Psixologiya kafedrasının əməkdaşları Sədaqət Əliyeva, Cavid Musayev, Məhərrəm Əliyev iştirak etdilər.
Təlim çərçivəsində mərkəzin direktoru Ümidə Kəngərli, psixopedaqoq Aysel Məmmədova, psixoloq və ABA mütəxəssisi Əbdül Səlimli, Müalicəvi Bədən Tərbiyəsi (MBT) üzrə mütəxəssis Gəray Gəraylı və defektoloq-loqoped Fatimə Məmmədova autizmin səciyyəvi xüsusiyyətləri, yaranma səbəbləri və aradan qaldırılması istiqamətində praktik təcrübələri barədə ətraflı məlumat verdilər.
Təlimin sonunda mövzu ətrafında tələbələr və mütəxəssislər arasında müzakirə aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
06-04-2026
06-04-2026
31-03-2026
31-03-2026