Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

26-02-2026

BQU-da Anim tədbiri keçirilib

BQU-da Anim tədbiri keçirilib

26 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə BQU-nun rektoru, professor Sevinc Rəhimova çıxış edərək, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. Daha sonra Tarix kafedrasının  müdiri Əzizağa Ələkbərli Xocalı soyqırımının tarixi-siyasi aspektləri barədə ətraflı məlumat verib.

Ardınca BQU-nun təsisçisi, yazıçı-dramaturq, professor  Ağarəhim Rəhimovun pyesi və ssenarisi əsasında çəkilmiş “Qırmızı qar” filmi nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük diqqət və həssaslıqla izlənilib.

Tədbirin sonunda qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi faciədir və onun həqiqətlərinin dünyaya çatdırılması hər bir vətəndaşın mənəvi borcudur.

 

Digər xəbərlər

Bütün xəbərlər