Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

21-02-2026

Bakı Qızlar Universitetində “Dilimiz varlığımızdır” mövzusunda debat keçirilib

Bakı Qızlar Universitetində “Dilimiz varlığımızdır” mövzusunda debat keçirilib

20 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz varlığımızdır” mövzusunda debat təşkil olunub.

Debatda tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova, “Elmi əsərlər” jurnalının redaktoru Lalə Əlizadə və “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbir çərçivəsində ana dilimizin qorunması və inkişafı istiqamətində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələr zamanı Beynəlxalq Ana Dili Gününün tarixi, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çağırışları diqqətə çatdırılıb. Eyni zamanda yazı qaydalarında yol verilən nöqsanlar, dilimizin digər dillərlə münasibətdə qiymətləndirilməsi, zəngin leksik və üslubi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda Azərbaycan dilinin xarici və daxili təsirlər fonunda qorunması mexanizmləri, ədəbi dil və dialektlərin mövcud vəziyyəti, kitab nəşrində dilə münasibət kimi mühüm məsələlərə toxunulub. Debat iştirakçıları dilçi alim T. İsmayılovanın dilçilik elmində son nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini maraqla dinləyiblər.

Tədbirin sonunda tələbələr bu formatda debatların davamlı təşkilinin vacibliyini vurğulayıb, müzakirələrin məhsuldar keçdiyini və əldə olunan nəticələrdən məmnun qaldıqlarını bildiriblər.

Digər xəbərlər

Bütün xəbərlər