23-05-2026
Bakı Qızlar Universitetinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə SP22 qruplarının təcrübəçi tələbələrinin Narınc Psixologiya Mərkəzində həyata keçirdikləri pedaqoji təcrübə uğurla başa çatıb. Bu münasibətlə Psixoloji Elmi Tədqiqat İnstitutunda məzun günü tədbiri təşkil olunub.
Tədbirdə ümumi pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva, psixoloqlar Gülər Hüseynova və Ayşən Salahova, eləcə də təcrübəçi tələbələr iştirak ediblər.
Pedaqoji təcrübəni uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim olunub. Səmimi və xoş ab-havada keçən tədbir tələbələrin yaddaşında unudulmaz məzun günü kimi qalıb.
23-05-2026
22-05-2026
22-05-2026
19-05-2026