Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

11-04-2026

BQU tələbələri Odlar Yurdu Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında iştirak ediblər

BQU tələbələri  Odlar Yurdu Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında iştirak ediblər

9 aprel 2026-cı il tarixində Odlar Yurdu Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının II turu keçirilib.

Müsabiqə-festivalda Bakı Qızlar Universitetinin bədii yaradıcılıqla məşğul olan istedadlı tələbələri də fəal iştirak ediblər. Tələbələr xor, solo ifa və bədii qiraət nominasiyaları üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqədə universiteti “Günəş” xor qrupu təmsil edib.

Bədii qiraət nominasiyası üzrə “Heydər baba” (Elşad Barat) şeiri ilə Gültac Əsgərova, “Azərbaycan bayrağı” (Süleyman Abdulla) şeiri ilə Zəhra Əliyeva, Aysu Rəsulova və Nurxanım Quliyeva, “Bayrağına canım qurban” (Sədaqət Əhmədova) şeiri ilə Zeynəb Cəfərli və Fidan Qarayeva, “İstiqlal” (Əmin Abid) şeiri ilə isə Abdullalı Çinarə və Aygün Əkbərli çıxış ediblər.

Solo ifa nominasiyası üzrə isə “Sənin eşqin edibdir” -Bayatı-Şiraz təsnifi  ilə Seyidquba Kərimli çıxış edib.

Qeyd edək ki, müsabiqə-festivalın II mərhələsində iştirak hüququnu universitet daxilində təşkil olunmuş I mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş tələbələr qazanıblar.

Digər xəbərlər

Bütün xəbərlər