21-02-2026
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1999-cu ilin noyabr ayında UNESCO tərəfindən elan edilmişdir. Təşəbbüs Banqladeş tərəfindən irəli sürülmüşdür.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşdə baş vermiş faciəli hadisələri anmaq məqsədi daşıyır. Həmin gün benqal dilinin rəsmi dil statusu alması uğrunda keçirilən dinc etiraz aksiyası zamanı polis müdaxiləsi nəticəsində dörd tələbə həlak olmuşdur. Bu hadisə dil uğrunda mübarizənin simvoluna çevrilmiş və sonradan beynəlxalq səviyyədə tanınmışdır.
Bu gün ana dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha xatırladır. Dil xalqın milli kimliyini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir.
Ana dilimizi qorumaq, zənginləşdirmək və onun tədrisini, elmi və ictimai mühitdə istifadəsini genişləndirmək hər bir azərbaycanlının mənəvi borcudur.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026