30-04-2026
2025/2026-cı tədris ilinin yaz semestrində Bakı Qızlar Universitetində tədris prosesinin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə tələbələr arasında sorğu keçirilib. Sorğuda 337 tələbə iştirak edib.
Sorğunun nəticələri göstərir ki, tələbələrin əksəriyyəti müəllimlərin dərsi aydın və maraqlı izah etdiyini, sualların cavablandırılmasına kifayət qədər vaxt ayırdığını, sillabusların tələbələrlə bölüşüldüyünü və müəllim-tələbə ünsiyyətini müsbət qiymətləndirib. Eyni zamanda qiymətləndirmənin şəffaflığı, dərslərdə interaktiv metodlardan istifadənin artırılması və praktik nümunələrin daha çox tətbiqi ilə bağlı təklif və rəylər də səsləndirilib.
Sorğunun nəticələri tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, tələbə məmnunluğunun artırılması və təhsil prosesinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin planlaşdırılmasında nəzərə alınacaq.
02-07-2026
01-07-2026
30-06-2026
27-06-2026