Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

23-02-2026

Rəqəmsal mühitdə Ana dili

Rəqəmsal mühitdə Ana dili

Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru  Təranə Şükürlünün “Rəqəmsal mühitdə Azərbaycan dili” mövzusunda Azərtac informasiya agentliyinin saytında   elmi məqaləsi dərc olunub.

O bildirib ki, müasir dövrdə sosial şəbəkələr əsas ünsiyyət vasitəsinə çevrilsə də, bu platformalarda dil normalarının pozulması halları artmaqdadır. Qloballaşma və rəqəmsallaşma şəraitində xarici təsirlərin güclənməsi normadan yayınmaları daha da sürətləndirir.

Dilçi-alimin sözlərinə görə, orfoqrafiya və orfoepiya normaları dil səhvlərinin norma kimi qəbul olunmasının qarşısını alan əsas mexanizmlərdir və mütəmadi yenilənən lüğətlər dil siyasətinin mühüm tərkib hissəsidir. O, mediada və sosial şəbəkələrdə alınma terminlərin qeyri-dəqiq işlənməsinin funksional üslubi dəqiqliyi zəiflətdiyini diqqətə çatdırıb.

Təranə Şükürlü qeyd edib ki, televiziya və sosial verilişlərdə məişət üslubunun publisistik üsluba təsiri müşahidə olunur ki, bu da dilin saflığı məsələsini aktuallaşdırır. Onun fikrincə, kommunikasiya prosesində fikrin aydın və səlis ifadəsi ünsiyyətin keyfiyyətini yüksəldir, sosial şəbəkələr isə dilə dinamika gətirməklə yanaşı, vətəndaş jurnalistikasının formalaşmasına da təsir göstərir.

Digər xəbərlər

Bütün xəbərlər