Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

16-03-2026

Bakı Qızlar Universitetinin tələbələri körpələr evini ziyarət etdilər

Bakı Qızlar Universitetinin tələbələri körpələr evini ziyarət etdilər

14 mart 2026 tarixində Bakı Qızlar Universitetinin tələbələri xeyriyyə məqsədilə körpələr evini ziyarət etdilər. Bu aksiyanın əsas məqsədi tələbələrdə milli-mənəvi dəyərlərin daha da möhkəmləndirilməsi, mərhəmət, xeyirxahlıq və paylaşmaq kimi gözəl hisslərin formalaşdırılması idi.

Ziyarət zamanı çox təsirli və yaddaqalan anlar yaşandı. Tələbələr müxtəlif hədiyyələr təqdim edərək, körpələr evində yaşayan uşaqları sevindirdilər və onların üzündə təbəssüm yaratdılar.

Görüş zamanı həm tələbələr, həm də uşaqlar səmimi və duyğulu anlar yaşadılar. Bu görüş sevgi və diqqətin insan həyatında nə qədər böyük əhəmiyyət daşıdığını bir daha göstərdi.

Digər xəbərlər

Bütün xəbərlər