Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-04-2026

Bakı Qızlar Universitetində ağacəkmə aksiyası keçirilib

Bakı Qızlar Universitetində ağacəkmə aksiyası keçirilib

Bakı Qızlar Universitetində ekoloji maarifləndirmə məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Aksiyada universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova və tələbələr fəal iştirak ediblər.

Tədbir zamanı Aygün Cəfərova tələbələrlə görüşərək, yaşıl təbiətin qorunmasının vacibliyi barədə ətraflı məlumat verib. O bildirib ki, ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması gələcək nəsillər üçün sağlam və davamlı həyat mühitinin formalaşmasında mühüm rol oynayır.

Daha sonra tələbələr ağacəkmə aksiyasına qoşularaq universitet ərazisində müxtəlif növ ağac və güllər əkiblər. Aksiya iştirakçıları təbiətin qorunmasına öz töhfələrini verməkdən məmnun olduqlarını ifadə ediblər.

Qeyd edək ki, bu cür təşəbbüslər tələbələrdə ekoloji məsuliyyət hissinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər

Bütün xəbərlər