Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-10-2025

BQU-da informasiya təhlükəsizliyinə həsr olunmuş maarifləndirici təlim keçirildi

BQU-da informasiya təhlükəsizliyinə həsr olunmuş maarifləndirici təlim keçirildi

17 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində “İnformasiya təhlükəsizliyi və rəqəmsal savadlılığın artırılması” mövzusunda maarifləndirici təlim keçirildi.  Təlim universitetin əməkdaşları — Rəşad Mehdiyev və Aydan Mehdiyeva tərəfindən aparıldı.

    Tədbirin əsas məqsədi tələbələr arasında kiber təhlükəsizlik savadlılığını artırmaq, rəqəmsal məkanda davranış mədəniyyətini formalaşdırmaq və müasir kibertəhdidlərə qarşı müdafiə qabiliyyətini gücləndirmək olub.

Təlim zamanı iştirakçılara təhlükəsizlik mədəniyyətinin yaradılması yolları, praktik simulyasiyalar və təlim proqramlarının əhəmiyyəti, insan faktoru və sosial mühəndislik texnikaları mövzuları üzrə ətraflı məlumat verildi.

Tədbirin sonunda iştirakçılar öz suallarını verərək, informasiya təhlükəsizliyinə dair aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar. 

 

Digər xəbərlər

Bütün xəbərlər