Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

19-03-2026

Bakı Qızlar Universitetində Novruz bayramı qeyd olundu

Bakı Qızlar Universitetində Novruz bayramı qeyd olundu

19 mart 2026-cı il tarixində Bakı Qızlar Universitetində Novruz bayramına həsr olunmuş “Bahar sədalı” adlı tədbir keçirildi. Tədbirdə universitetin müəllim heyəti, tələbələr və qonaqlar iştirak edirdilər.

Tədbirin açılışında baharın gəlişini tərənnüm edən şeirlər səsləndirildi, Novruzun milli-mənəvi dəyərlərimizi əks etdirən xüsusiyyətləri vurğulandı.

Tədbirdə Bakı Qızlar Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova, Filologiya-tarix fakültəsinin dekan müavini Səyalə İmanova, Sosial-pedaqoji fakültənin dekanı dosent İlahə Quliyeva çıxış edərək Novruz bayramı münasibətilə öz səmimi təbriklərini çatdırdılar, iştirakçılara xoş arzularını bildirdilər.

Daha sonra Tarix kafedrasının baş müəllimi Nuranə Hüşiməndi Novruz bayramının yaranma tarixi, qədim ənənələri və xalqımızın həyatındakı əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Tədbir bədii hissə ilə davam etdi. Universitetin xor kollektivi tərəfindən musiqilər səsləndirildi, “Ulduz” filmindən səhnəcik təqdim olundu, “Səadət” rəqs qrupunun ifasında milli rəqslər nümayiş etdirildi. Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnələr, Bahar qızının çıxışı tədbirə xüsusi rəng qatdı və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Eyni zamanda, tamaşaçılarla interaktiv oyunlar təşkil olundu, yallı rəqsi ilə tədbir başa çatdı.

 

Digər xəbərlər

Bütün xəbərlər