24-10-2025
21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sosial Bağlar Platforması” layihəsi çərçivəsində növbəti tədbir Bakı Qızlar Universitetində keçirildi.
Tədbirin açılışını Bakı Qızlar Universitetinin rektoru professor Sevinc xanım Rəhimova etdi. Rektor layihə təşkilatçılarına və gənclərə uğurlar arzu edərək, bu kimi sosial layihələrin cəmiyyət və gənclər üçün nə qədər önəmli olduğunu vurğuladı.
Daha sonra layihə rəhbəri "Sosial Məsələlərin Həllinə kömək" İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli edərək layihə haqqında ətraflı məlumat verdi.
Tədbirin panel hissəsində "Ümidlə Gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev çıxış edərək “Sosial Bağlar Platforması” layihəsinin uğurlarından bəhs etdi və layihənin əhəmiyyəti barədə fikirlərini bölüşdü.
“Özbahçeci Invest Klub”un rəhbəri Turan Özbahçeci gənclərə göstərilən dəstəkdən və onların böyük nailiyyətlərindən danışdı.
“Şaban Inclusive Center”in təsisçisi və direktoru Nərmin Şabanova inklüziv gənclərin uğurlarını vurğularaq onlara daim dəstək olduqlarını bildirdi.
Rəsmi hissədən sonra tədbirin balaca, lakin çox istedadlı inklüziv qonağı Arzu Mirzəyeva məlahətli səsi ilə iştirakçıların qəlbini fəth etdi.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025