16-10-2025
15 oktyabr 2025-ci il tarixində BQU-da “18 oktyabr - Müstəqilliyin bərpası günü”nə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə universitetin rektoru prof. Sevinc A. Rəhimova açdı.
Rektor çıxışında müstəqillik uğrunda canını fəda etmiş şəhidlərin, qazilərin və bütövlükdə Azərbaycan xalqının azadlıq eşqindən, müstəqillik ideyalarından danışaraq, bu tarixi günün əhəmiyyətini vurğuladı.
“Tarix-filologiya” fakültəsinin dekan müavini Səyalə İmanova çıxış edərək, həmin tarixi dövrləri xatırlatdı və çətin şəraitdə aparılan mübarizələrin heç vaxt unudulmamalı olduğunu qeyd etdi. “Tarix” kafedrasının baş müəllimi Mina Əliyeva çıxış edərək müstəqilliyi ilk dəfə 1918-20-ci illərdən dadan bir xalq olaraq, heç bir əsarətə boyun əyməyən Azərbaycan xalqının əzmindən söz açdı. Tədbirdə TEC üzvləri də məqalələrlə çıxış etdilər. Daha sonra videoçarx izlənildi. Tədbirin bədii hissəsində isə TGT üzvlərinin hazırladığı vətənpərvərlik ruhunda olan musiqi və şeir nümunələri təqdim olundu.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025