24-02-2026
Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova Loqos Psixologiya Mərkəzində təcrübə prosesinə dair metodiki görüş keçirib. Görüş zamanı Psixologiya ixtisası üzrə təcrübəçi tələbələrin mərkəzdə həyata keçirəcəkləri təcrübə prosesi müzakirə olunub, sınaq dərslərinin təşkili və mövzuların seçimi ilə bağlı metodiki tövsiyələr verilib.
Eyni zamanda, psixoloq Yeganə Mukayılova 18 nömrəli məktəbdə “Tarix müəllimliyi” üzrə təcrübəçi tələbələrlə aparılacaq psixoloji işlərin məzmunu və istiqamətləri barədə metodiki istiqamət verib. Hər iki görüş tələbələrin praktik hazırlığının gücləndirilməsi və peşəkar bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026