20-03-2026
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qeyd edək ki, bu il Azərbaycanda ramazan ayı fevralın 19-dan başlayıb.
Bütün tələbə və əməkdaşlarımızı bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edirik.
Bu müqəddəs günlərin hər birinizə sevinc, ruzi-bərəkət və mənəvi rahatlıq gətirməsini arzulayırıq.