20-02-2026
19 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Uşaq cəmiyyətin güzgüsüdür” mövzusunda debat keçirildi.
Debatda universitetin “Psixologiya” kafedrasının baş müəllimi, Amerika Psixologiya Assosiasiyasının üzvü Ayşən Salahova, “Pedaqogika” kafedrasının baş müəllimi Lalə Əlizadə, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “Karyera Mərkəzi”nin mütəxəssisi Aytac Zeynalova, “Xarici dillər” kafedrasının baş müəllimi Şəfa Əliyeva və “Məktəbəqədər təhsil” ixtisasının tələbələri iştirak etdilər.
Debat çərçivəsində uşaq hüquqlarının müdafiəsi, uşaqların tərbiyəsində müasir yanaşmalar, valideynlik prinsipləri, Azərbaycan və dünya uşaqlarının müqayisəli təhlili, eləcə də uşaqlar və böyüklər arasında qarşılıqlı münasibətlər mövzuları ətrafında geniş müzakirələr aparıldı.
Müzakirələr zamanı irəli sürülən müxtəlif fikirlər və arqumentlər tələbələrdə uşaq hüquqlarının qorunması, uşağın şəxsiyyət kimi formalaşması və cəmiyyətin inkişafında roluna dair geniş dünyagörüşünün formalaşmasına töhfə verdi.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026