22-02-2026
21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində yerləşən “Vətən” idman liseyində tədbir keçirilib. Tədbirdə Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü iştirak edib.
O, “Dövlət qurumlarında və orta məktəblərdə Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış edərək ana dilinin qorunmasının milli-mənəvi dəyər kimi əhəmiyyətini vurğulayıb. Alim Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin möhkəmləndirilməsi, ədəbi dil normalarının qorunması və düzgün istifadəsinin vacibliyini diqqətə çatdırıb.
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026