08-10-2025
4 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusunda 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi.
Sərgidə Bakı Qızlar Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Diskussiya klubu” və “Humay ədəbi birliyi”, eləcə də Tələbə Elmi Cəmiyyətinin “Linqvistlər klubu”nun üzvləri fəal iştirak etdilər.
BQU-nun tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova tələbələrə sərginin məqsədi və proqramı barədə ətraflı məlumat verdi.
Sərgi çərçivəsində tələbələr 18 ölkədən gəlmiş 41 xarici təşkilat, eləcə də 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənayesi müəssisəsi ilə tanış oldular. Onlar həmçinin xalq yazıçıları, şairlər, gənc yazarlar və dünyaşöhrətli müəlliflərlə görüşərək, imza saatları, kitab təqdimatları, yaradıcılıq dərsləri və inklüzivlik mövzusunda diskussiyalar, qiraət və musiqi saatlarında fəal iştirak etdilər.
Sərgi gənclər üçün həm mədəni zənginlik, həm də yaradıcı üfüqlərin genişlənməsi baxımından dəyərli bir təcrübə oldu.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025