27-02-2026
27 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Köhnəlməyən dəyərlər” adlı debat təşkil olunub.
Debatda Sosial-Pedaqoji fakültənin dekanı dosent İlahə Quliyeva, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova və “Psixologiya” ixtisasının tələbələri iştirak ediblər.
Müzakirələr zamanı tərbiyə və davranış məsələləri geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, insanın davranışı onun aldığı tərbiyənin ən aydın göstəricisidir. Hörmət, nəzakət, məsuliyyət və düzgün ünsiyyət kimi dəyərlərin hər zaman aktuallığını qoruduğu vurğulanıb.
Debat çərçivəsində ailə və məktəb mühitinin formalaşdırdığı davranış modellərinin gənclərin gələcək həyatına təsiri barədə fikir mübadiləsi aparılıb. Tələbələr real həyat nümunələri ilə çıxış edərək dinamik və maraqlı debat mühiti formalaşdırıblar.
Sonda sağlam tərbiyə və nümunəvi davranışın cəmiyyətin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026