Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

27-09-2025

BQU-da Anım Günü ilə bağlı tədbir keçirildi

BQU-da  Anım Günü ilə bağlı  tədbir keçirildi

26.09.2025-ci il tarixində Bakı Qızlar Universitetində 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü ilə bağlı  tədbir keçirildi. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Tədbiri giriş sözü ilə açan rektor, prof. S.A. Rəhimova çıxışında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlikdən və bu şərəfli tarixin əhəmiyyətindən bəhs etdi. Rektor şəhid analarının hüzn və qürur mücəssəməsi olduğunu vurğulayaraq şəhidlərimizin xalqımız üçün daim qürur mənbəyi olduğunu qeyd etdi. 

 Daha sonra Bakı Qızlar Universitetinin "Tarix" kafedrasının müdiri dosent Əzizağa Ələkbərli,  dosent Sübhan Talıblı və başqaları çıxış edərək, Azərbaycan xalqının qələbəyə qədərki mübarizəsindən,  fədakarlığından söz açdılar. Çıxışlarda Azərbaycan xalqının Vətən müharibəsi zamanı mübarizə əzminin, birliyinin məntiqi nəticəsi olaraq böyük Zəfərə nail olmaları vurğulandı.

 Tədbir, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx və bədii kompozisiya ilə yekunlaşdı.

Digər xəbərlər

Bütün xəbərlər