20-06-2026
19 iyun 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Sosial-pedaqoji” və “Filologiya-tarix” fakültələrinin son kurs tələbələrinin pedaqoji təcrübə üzrə hesabat təqdimatları keçirildi.
Təqdimatlar Təcrübə Komissiyası qarşısında baş tutdu.
Təcrübə təqdimatlarında “İbtidai sinif müəllimliyi” , “Xarici dil müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Təhsildə sosial-psixoloji xidmət” və “Psixologiya” ixtisasları üzrə təhsil alan tələbələr çıxış edərək, pedaqoji təcrübə müddətində qazandıqları bilik, bacarıq və təcrübələri nümayiş etdirdilər.
Tələbələr pedaqoji təcrübə keçdikləri təcrübə bazalarında (ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri və psixlologiya mərkəzlərində) apardıqları müşahidələr, qarşılaşdıqları pedaqoji situasiyalar, tətbiq etdikləri təlim metodları və üsulları , eləcə də əldə etdikləri nəticələr barədə təqdimatlar etdilər. Təqdimatlar zamanı tələbələrin peşə hazırlığı səviyyəsi, pedaqoji fəaliyyətə yanaşmaları və əldə etdikləri praktik bacarıqlar Təcrübə Komissiyası tərəfindən qiymətləndirildi.
Qeyd edək ki, pedaqoji təcrübələrin yekun qiymətləndirilməsinin ikinci mərhələsi təsdiq olunmuş qrafikə əsasən 23–25 iyun 2026-cı il tarixlərində keçiriləcək.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
20-06-2026
20-06-2026
16-06-2026
11-06-2026