Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-10-2025

Bakı Qızlar Universitetində “Nübar “ kitab klubunun görüşü baş tutdu

Bakı Qızlar Universitetində “Nübar “ kitab klubunun görüşü baş tutdu

24 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində yeni tədris ili üçün kitabsevər tələbələrin ilk görüşü baş tutdu. "Nübar" kitab diskussiya klubu üzvlərinin növbəti kitab seçimi yazıçı, dramaturq, kino-ssenarist, professor Ağarəhim Rəhimovun "Canavar balası" əsəri oldu.Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova kluba yeni qoşulan tələbələri təqdim etmək və Ağarəhim Rəhimovun yaradıcılığı haqqında yığcam məlumat verməklə müzakirəni açıq elan etdi. Klub üzvləri Musayeva Fidan, Məmmədova Zəhra,Talıblı Nurcan, Abbasova Şəhla, Tağızadə Zeynəb, Qəribli Fatimə, Mahmudova Şəfa, Ağayeva Nuray, Piriyeva Ülkər, Babayeva Səidə, Baxşəliyeva Selcan və Əzizova Rəhimə "Canavar balası" əsəri  haqqında öz təəssüratlarını bölüşdülər. Əsərin Azərbaycan ədəbiyyatı tarixindəki əhəmiyyətindən, vətənpərvərlik hisslərini gücləndirməsindən söz açan tələbələr oxucu olaraq,  məmnunluqlarını dilə gətirdilər. Diskussiyanın sonunda tələbələr xatirə şəkilləri çəkdirdilər.

Digər xəbərlər

Bütün xəbərlər