03-07-2026
1 və 3 iyul 2026-cı il tarixlərində Bakı Qızlar Universitetində 2025/2026-cı tədris ili üzrə “Sosial-pedaqoji” fakültənin İxtisaslaşdırılmış Şurasında “İbtidai sinif müəllimliyi” ixtisasının 060115-“İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirildi.
İxtisaslaşdırılmış Şuraya Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Ləzifə Qasımova sədrlik edirdi. Şuranın elmi katibi dosent Aynur Məmmədzadə idi.
Müdafiələr zamanı magistrantlar dissertasiya işlərini təqdim edərək apardıqları elmi tədqiqatların nəticələrini əsaslandırdılar və Şura üzvlərinin suallarını cavablandırdılar. Təqdim olunan tədqiqat işlərinin elmi yeniliyi, praktik əhəmiyyəti və metodoloji səviyyəsi xüsusi diqqət mərkəzində olub.
03-07-2026
02-07-2026
01-07-2026
30-06-2026