13-03-2026
12 mart 2026-cı il tarixində Humay Ədəbi Birliyinin növbəti görüşü keçirildi. Görüş zamanı tələbələrimizin qələmə aldıqları şeir və hekayələr səsləndirildi və onların ətrafında maraqlı müzakirələr aparıldı.
Görüşdə Humay Ədəbi Birliyinin sədri Ağaverdiyeva Zəhraxanımın “Ulduzlar” şeiri, Məhərrəmova Fatimənin “Xəyallar ” şeiri, Abbasova Şəhlanın “Bir tikə çörək” hekayəsi, Vəliyeva Nəzakətin “Qar topu” hekayəsi və Kərimova Nərminin “Yarım qalan xəyallar” hekayəsi təqdim olundu.
Səsləndirilən əsərlər əsasında iştirakçılar tərəfindən müzakirələr aparıldı və müəlliflərin yaradıcılığı haqqında fikirlər bölüşüldü.
Görüşdə universitetimizin əməkdaşları – tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, psixoloq-loqoped Cavid Musayev, həmçinin Ulduz Qazvini və başqaları Humay Ədəbi Birliyinin qonaqları qismində iştirak etdilər. Onlar tələbələrin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, həvəskar gənclərə öz tövsiyələrini təqdim etdilər.