Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

31-03-2026

Bakı Qızlar Universitetinin əməkdaşları 31 Mart soyqırımı ilə bağlı dəyirmi masada iştirak ediblər

Bakı Qızlar Universitetinin əməkdaşları 31 Mart soyqırımı ilə bağlı dəyirmi masada iştirak ediblər

Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Unudulmaz faciə – 31 mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən qırğınlar barədə məlumat verilib, faciənin tarixi əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, dəyirmi masada Bakı Qızlar Universitetinin “Tarix “ kafedrasının əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent, Quba "Soyqırımı  Memorial Kompleksi" nin mütəxəssisi Sübhan Talıblı və universitetin baş müəllimi, BDU-nun doktorantı  Tural Vəlizadə iştirak edərək çıxış ediblər.

Digər xəbərlər

Bütün xəbərlər