Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

01-06-2026

BQU-da pedaqoji təcrübənin yekun konfransı keçirildi

BQU-da pedaqoji təcrübənin yekun konfransı keçirildi

25 may 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Sosial-pedaqoji” və “Filologiya-tarix” fakültələri üzrə IV kurs tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova pedaqoji təcrübənin tələbələrin gələcək peşə fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, pedaqoji təcrübə tələbələrin universitetdə qazandıqları nəzəri biliklərin praktik mühitdə tətbiqinə, peşəkar bacarıqlarının inkişafına, müəllimlik və psixoloji fəaliyyət sahəsində öz potensiallarını üzə çıxarmalarına geniş imkan yaradır. 

Daha sonra konfransda tədris işləri üzrə prorektor, professor Hava Abdullayeva çıxış edərək pedaqoji təcrübənin ali təhsilin vacib tərkib hissəsi olduğunu qeyd etdi. O, tələbələrin bu müddətdə əldə etdikləri praktik bilik və bacarıqların onların peşəkar formalaşmasında mühüm rol oynadığını vurğuladı, təcrübə müddətində qazanılan təcrübənin gələcək əmək fəaliyyətində möhkəm təməl rolunu oynayacağını bildirdi.

Daha sonra pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva, “Filologiya-tarix” fakültəsinin dekan müavini Səyalə İmanova, “Sosial-pedaqoji” fakültənin dekanı, dosent İlahə Quliyeva, eləcə də metodistlər çıxış edərək pedaqoji təcrübənin nəticələri barədə fikirlərini bölüşdülər. Çıxışlarda təcrübə müddətində əldə olunan uğurlar, tələbələrin nümayiş etdirdikləri fəallıq, məsuliyyət və yaradıcı yanaşma yüksək qiymətləndirildi. Bununla yanaşı, gələcəkdə daha da təkmilləşdirilməsi vacib olan məqamlar, qarşıya çıxan müəyyən çətinliklər, müsbət və mənfi cəhətlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.

Konfrans çərçivəsində qrup rəhbərləri də çıxış edərək tələbələrin pedaqoji təcrübə dövründə qazandıqları nailiyyətlər və praktik fəaliyyət zamanı nümayiş etdirdikləri bacarıqlar haqqında öz fikirlərini səsləndirdilər.

Sonda tələbələr də pedaqoji təcrübə müddətində əldə etdikləri təcrübə və təəssüratlarını bölüşərək bu mərhələnin onların gələcək peşə fəaliyyətində mühüm rol oynadığını vurğuladılar. 

 



Digər konfranslar

Bütün konfranslar