18-10-2025
16 oktyabr 2025-ci tarixində Azərbaycan İdman Akademiyasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin birgə tərəfdaşlığı ilə “GiNius tələbə-gənclər kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual oyununun ilk yarımfinal mərhələsi keçirildi. Yarışmada Bakı Qızlar Universitetinin tələbələri də aktiv iştirak ediblər. Qeyd edək ki, bu layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması və “Sumqayıt – Gənclər Paytaxtı 2025” seçilməsi münasibətilə həyata keçirilən tədbirlər planı çərçivəsində baş tutdu. Yarımfinal mərhələsində Bakı şəhərində fəaliyyət göstərən 30 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları biliklərini nümayiş etdirdilər.
Final mərhələsinin noyabr ayında keçirilməsi planlaşdırılır.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025