02-10-2025
2 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində birinci kurs tələbələri ilə ənənəvi görüş keçirildi. Tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova açaraq, iştirakçılara Bakı Qızlar Universitetinin təsisçisi, tanınmış yazıçı-dramaturq, nasir, publisist, professor Ağarəhim Rəhimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi. Bu çıxış tələbələrdə universitetin təsisçisi haqqında geniş təsəvvür formalaşdırdı.
Daha sonra söz professor Ağarəhim Rəhimova verildi. Professor çıxışı zamanı təhsilin və tərbiyənin vacibliyindən danışaraq, universitetdə sağlam, şəffaf mühitin qorunmasının prioritet məsələlərdən biri olduğunu vurğuladı. Görüşdə birinci kurs tələbələri ilə yanaşı, fakültə dekanları və müəllim heyəti də iştirak etdi. Tələbələr təsisçinin təhsilyönümlü, dəyərli tövsiyələrini maraqla dinləyərək, onları gələcək fəaliyyətlərində əsas prinsip kimi qəbul etdilər.
Bu ənənəvi görüş tələbələrin yaddaşında həm maarifləndirici, həm də yaddaqalan bir hadisə kimi qaldı.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025