Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-05-2026

Sosial-pedaqogi və Filologiya-tarix fakültələrində seçmə fənlərlə bağlı tələbələrlə görüş keçirilib

Sosial-pedaqogi və Filologiya-tarix  fakültələrində seçmə fənlərlə bağlı tələbələrlə görüş keçirilib

Sosial- pedaqogi və Filologiya-tarix fakültələrində tələbələrin seçmə fənlər barədə məlumatlandırılması məqsədilə görüş təşkil olunub.

Görüşdə fakültə dekanları, kafedra müdirləri və professor-müəllim heyətinin üzvləri iştirak ediblər. Çıxış edənlər seçmə fənlərin məzmunu, məqsədi, tədris imkanları və seçim qaydaları barədə tələbələrə ətraflı məlumat veriblər. Eyni zamanda, fənlərin gələcək peşə fəaliyyətində əhəmiyyəti diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, tələbələrin seçim prosesində düzgün istiqamətləndirilməsi və akademik inkişaflarının dəstəklənməsi məqsədilə bu kimi maarifləndirici görüşlərin keçirilməsi davam etdiriləcəkdir.

 

Digər xəbərlər

Bütün xəbərlər