13-03-2026
Bakı Qızlar Universitetində “Uşaqların tərbiyəsində müəllimin rolu” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi tələbələrə müəllim peşəsinin cəmiyyətdəki əhəmiyyəti, uşaqların tərbiyəsində və şəxsiyyət kimi formalaşmasında müəllimin rolunun vacibliyi haqqında məlumat vermək idi.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “ “Psixologiya” kafedrasının müdiri Nurəngiz Rzayeva və “Xarici dillər” kafedrasının dosenti Aynur Məmmədzadə etdilər. Çıxış edən qonaqlar müəllimlik peşəsinin məsuliyyətindən, müəllimin yalnız bilik verən deyil, eyni zamanda şagirdlərin mənəvi dəyərlərinin formalaşmasına təsir edən əsas şəxs olduğunu vurğuladılar.
Qeyd olundu ki, müəllim uşaqların dünyagörüşünün formalaşmasında, onların düzgün istiqamətdə inkişaf etməsində və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Çıxışlar zamanı müəllimin pedaqoji funksiyaları, şagirdlərlə düzgün ünsiyyət qurma üsulları, tərbiyə prosesində psixoloji yanaşmanın əhəmiyyəti haqqında da ətraflı məlumat verildi.
Sonda iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşdülər və tələbələrin sualları cavablandırıldı.