Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

20-10-2025

Bakı Qızlar Universitetində Azad Mirzəcanzadə İnkişaf Proqramı haqqında məlumat sessiyası keçirildi

Bakı Qızlar Universitetində Azad Mirzəcanzadə İnkişaf Proqramı haqqında məlumat sessiyası keçirildi

20 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində tələbələr üçün Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində informasiya sessiyası təşkil olundu.

Proqramın əsas məqsədi çevik düşüncə tərzinə malik, innovativ ideyalara və dayanıqlı inkişaf arzularına sahib istedadlı gəncləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Tədbirdə proqramın layihə meneceri İradə Zeynalova çıxış edərək, iştirakçılara layihənin əsas hədəfləri, müraciət qaydaları və seçim mexanizmləri barədə ətraflı məlumat verdi. O, təlim və mentorluq mərhələlərinin strukturu, layihə ideyalarının reallaşdırılması üçün maliyyə dəstəyi imkanları və qiymətləndirmə meyarlarını təqdim etdi.

İradə xanım qeyd etdi ki, proqram gənclərə praktiki bacarıqlar qazandırmaqla yanaşı, onların yaradıcı təşəbbüslərini stimullaşdırır və sosial məsuliyyət bacarıqlarının inkişafına töhfə verir.

Sessiya zamanı tələbələrin sualları cavablandırıldı, onları layihə prosesində aktiv iştirak etməyə təşviq edən tövsiyələr səsləndirildi.

 

Digər xəbərlər

Bütün xəbərlər