Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

14-04-2026

Bakı Qızlar Universitetinin tələbəsinin “Köhnə dəftərin səhifələri” adlı hekayəsi təqdim olunur

Bakı Qızlar Universitetinin tələbəsinin “Köhnə dəftərin səhifələri” adlı hekayəsi təqdim olunur

       “Köhnə dəftərin səhifələri”
        O gün kitab rəfimi silərkən köhnə bir dəftər tapdım. Üz qabığı bir az yırtılmışdı, amma o tanış qoxu...sanki illərin arxasından gəlirdi. Əllərim bir anlıq titrədi, bu dəftəri illər öncə yazmışdım. Yazdıqlarımı hər kəsdən gizlətdiyim üçün öz yadımdan da çıxmışdı. Buradaki yazılar uşaqlığıma aid idi. O zamanlar xəyallarımız da uşaq kimi saf, ümidlərimiz bulud kimi yüngül idi.
      Səhifələri çevirdikcə sanki hər sətirdən bir xatirə boylanırdı. Bəzən bir cümlə bir insanı xatırladırdı. Dəftəri açıb oxumağa başladım. Bəzən gülümsədim, bəzənsə gözlərim doldu.
Səhifələrdən birini çevirdim, o günki sıradan, adi günlərdən biri idi. Səhər ilk işim məktəbə getmək,yol boyu quşların səsini eşitmək, sonra sinif yoldaşlarımla söhbətlərimiz, dərslərdə iştirakımız haqqında idi, Axı bu nəyə lazım idi?! Bir uşaq ağlı ilə böyük bir gün idi. Ancaq yaxşı da olsa, pis də olsa bu mənə məxsusdur. Hər detalına kimi yazmağın sanki o günün havasını burnuma gətirdi.
      Sonra səhifəni çevirdim, biraz ürəyim sıxıldı. Orada anamın xəstə olduğu gün haqqında yazmışdım. O gün səhər oyananda anamı o qədər zəif, xəstə görmüşdüm ki, ürəyimə qəribə bir narahatlıq hopmuşdu. Bir uşaq üçün bu çox təsirli idi. Ananın xəstə olması
bütün ev əhlinə təsir etmişdi. “Axı mən saçımı necə yığacağam?” deyə bir sual qoymuşdum. “Dərslərimə kim kömək edəcək?” Ancaq anamın o gülümsəməsi mənə güc vermişdi. O gücü mən cümlələrə sığdıra bilməmişdim. O an anlamışdım ki, sevgi yalnız xoş anlarda deyil, çətin anlarda da yanında olmağı bacarmaqdır...
Səhifələri qürurlu baxışlarla çevirirdim. O gün... Səbirsizliklə gözlədiyim günlərdən biri.
     Ad günüm... Hər uşaq kimi məndə o günün gəlib çatmasını sayanlardan olmuşam.
Səhifədə yazmışdım ki, o gün gəlib çatanda nə qədər həyəcanlı olduğum səhərdən bəri hər an özümü hədiyyələr, tort və sevdiklərimin arasında olduğumu hiss etdirmişdim.
     O zamanki həyəcan dolu ürəyimi dayandırmaq mümkün deyildi. Hər gülüş, hər kiçik detal mənim üçün böyük bir xatirə idi. Oxuduqca gözlərimdə yaranan sevinc göz yaşları
və uşaqlıq həyəcanım yenidən məni o günə apardı. Uzun müddət idi ki, o günki kimi hiss etməmişdim.
     Beləliklə, bir çox səhifələri vərəqlədim. Az da olsa, uşaqlıq günlərimə səyahət etmiş oldum. Nəhayət, səhifələri çevirib dəftərin sonuna çatdım. Diqqətimi bir şey çəkmişdi.
    Dəftərin son səhifəsinə boş saxlamışdım. Bunu bilərəkdən etmişdim. Gələcəkdə yazaraq bu xatirələrə, bu yaşadıqlarına, buradaki canlandırdığım xəyallarıma, etdiyim arzulara
qısa aydınlıq gətirəcəkdim. Səhifənin əvvəlinə “İstədiklərin oldumu?” deyə bir başlıq yazmışdım. Bir anlıq həyəcanlandım. Sanki o uşaq hələ də məndən cavab gözləyirdi. O  boş səhifəyə baxanda anladım ki, həyat hələ yazılacaq çox hekayələr saxlayır. Hər yeni gün bir səhifədir mən isə onu öz yaşamımla doldururam.
Qələmi götürdüm və boş səhifəyə yazmağa başladım ilk öncə verdiyim sualı cavablandırdım:
-“İstədiklərin reallaşdımı?”
-Hələki tam olaraq yox, balaca... Hələ daha çoxunu yaşamaq üçün boş səhifələrimiz var.
Sənin verdiyin suala isə bu səhifə çox azdır.
     Həyat səhifələrə sığmayacaq qədər sonsuzdur. Səhifələr dolsa da, hekayə davam edir.
(Bir payız gecəsi həzin və kövrək duyğularla gerçək həyat əsasında yazılmışdır.
19.10.2025)
(Səttarova Azuqə, AƏ~25)

Digər xəbərlər

Bütün xəbərlər