20-03-2026
Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər..
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Novruz bayramı münasibətilə bütün tələbə və əməkdaşlarımızı səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, yüksək nailiyyətlər və firavan həyat arzulayırıq. Qoy bu əziz bayram hər birinizə sevinc, xoşbəxtlik və yeni uğurlar gətirsin.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi