14-04-2026
13 aprel 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Gənc müəllimlər klubu”nun təşəbbüsü ilə Atomik vərdişlər kitabının müzakirəsi təşkil olunub. Tədbirdə tələbələr və gənc müəllimlər fəal iştirak edərək kitabın əsas ideyalar ı ətrafında geniş fikir mübadiləsi aparıblar.
Diskussiya “Gənc müəllimlər klubu”nun rəhbəri Şəhla Abbasova tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Cəfərova da iştirak edib.
Tədbirin əsas məqsədi gənc müəllimlərin şəxsi inkişafına dəstək olmaq, onların motivasiyasını artırmaq və effektiv vərdişlərin formalaşdırılması istiqamətində maarifləndirmə aparmaq olub.
Diskussiya interaktiv formada keçib. İştirakçılar suallar səsləndirib, öz təcrübələrini bölüşüb və kitabdan əldə etdikləri nəticələri müzakirə ediblər.
14-04-2026
14-04-2026
13-04-2026
11-04-2026