18-03-2026
17 mart 2026-cı il tarixində saat 14:00-da Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybət kampusunun Senat zalında “Dərs yükünün formalaşdırılması və hesablanması: normativ və praktik yanaşmalar” mövzusunda Seminar keçirildi. BANM-in rektoru Elmar Qasımov açılış nitqi ilə seminarı açıq elan etdi. Seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nümayəndələri, elm, ali və peşə təhsili şöbəsinin baş məsləhətçisi Osman Hacıyev dərs yükü ilə bağlı qüvvədə olan normativ sənədlər, mövcud yanaşmalar və tətbiq mexanizmləri, elm, ali və peşə təhsili şöbəsinin baş mütəxəssisi Emil Səlimov təcrübənin dərs yükü strukturunda yerinin müəyyən edilməsi, təcrübə saatlarının hesablanması mexanizmləri haqda məruzə ilə çıxış etdilər. Məruzələrdən sonra müzakirəyə açıq məqamlar səsləndi, “Qanun necə deyir?” sualına seminar iştirakçıları ilə birgə cavab axtarıldı.
Məruzələrdən sonra BANM, Tədris işləri və akademik qeydiyyat şöbəsinin rəisi Zarina Murtuzayeva analitik təqdimatla “Beynəlxalq təcrübədə dərs yükü modelləri” mövzusunu təqdim etdi.
Seminar interaktiv müzakirə və açıq diskussiya ilə yekunlaşdı.
“Dərs yükünün formalaşdırılması və hesablanması: normativ və praktik yanaşmalar” mövzusunda Seminarda Bakı Qızlar Universitetini tədris şöbəsinin müdiri Ulduz Qəzvini, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Rəqsanə Abdurəhimova təmsil edirdi.