12-05-2026
Mayın 8-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, müəllimlər və tələbələr iştirak ediblər. Bakı Qızlar Universitetinin tələbələri də bu mədəni tədbirdə iştirak edərək universitetimizi layiqincə təmsil ediblər.
Yekun konsert proqramında tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş musiqi nömrələri səsləndirilib, şeirlər bədii qiraət olunub, müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Gənclərin yaradıcılıq potensialını nümayiş etdirdiyi tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, mədəni dəyərlərə marağın artırılması və Heydər Əliyevin zəngin irsinin təbliği baxımından əhəmiyyətli olub.
12-05-2026
12-05-2026
10-05-2026
10-05-2026