Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

02-03-2026

Pedaqoji təcrübə prosesində metodiki və psixoloji görüşlər təşkil olundu

Pedaqoji təcrübə prosesində metodiki və psixoloji görüşlər təşkil olundu

Bakı şəhərinin 258, 48, 18 və 36 nömrəli tam orta məktəblərində keçirilən pedaqoji təcrübə çərçivəsində universitetin nümayəndə heyəti tələbələrlə görüşlər həyata keçirmişdir. Təcrübə prosesində “Pedaqogika” kafedrasının müdiri  professor Həsən Bayramov, “Tarix” kafedrasının müdiri Əzizağa Ələkbərli, “Xarici dillər” kafedrasının müəllimləri, metodistlər Elmira Kənan və Şahanə Həsənova, “Psixologiya” kafedrasının psixoloqları  Gülər Hüseynova  və Ülviyyə Nəhmətova iştirak etmişlər.

Görüş zamanı təcrübəçi tələbələrə açıq dərslərin təşkili qaydaları, dərs mövzularının seçilməsi, icmalın yazılma strukturu və qiymətləndirmə meyarları barədə ətraflı metodiki tövsiyələr verilmişdir. Müəllimlər tərəfindən dərsin mərhələli quruluşu, pedaqoji yanaşmalar və effektiv sinif idarəetməsi məsələləri, həmçinin məktəb mühitində psixoloji yanaşmalar, şagirdlərlə effektiv ünsiyyət və pedaqoji müşahidə bacarıqları barədə müzakirələr aparılmışdır.

Təcrübəçi tələbələr məktəb mühitində real dərs prosesini müşahidə etmiş, metodistlərin rəhbərliyi ilə mövzularını müəyyənləşdirmiş və açıq dərslərin keçirilməsi tarixləri barədə razılığa gəlmişlər. Görüş qarşılıqlı fikir mübadiləsi və peşəkar dialoq şəraitində keçmiş, tələbələrin praktik bacarıqlarının inkişafına töhfə vermişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bütün xəbərlər