12-06-2024
📌 BQU Nəşr Mərkəzi “Elmi Əsərlər” jurnalının 59-cu sayının nəşri üçün məqalə qəbulu elan edir.
Bakı Qızlar Universitetinin “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər sırasına daxil edilmişdir. “Elmi əsərlər” jurnalında pedaqogika, fənlərin tədrisi metodikası, psixologiya və filologiya ixtisasları üzrə məqalələrin nəşrinə icazə verilmişdir.
Məqalələrinizin “Elmi əsərlər” jurnalının növbəti nömrəsində nəşr olunması üçün aşağıdakı elektron ünvanla əlaqə saxlaya bilərsiniz.
bakugirlsuniversity@gmail.com
Qeyd: “Elmi Əsərlər” jurnalının 59-cu sayının sentyabr ayında nəşr olunması nəzərdə tutulur.