Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

23-04-2026

Bakı Qızlar Universitetində kibertəhlükəsizlik mövzusunda maarifləndirici seminar keçirilib

Bakı Qızlar Universitetində kibertəhlükəsizlik mövzusunda maarifləndirici seminar keçirilib

21 aprel 2026-cı il tarixində Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda seminar keçirilib.

Seminar Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) ixtisası üzrə IV kurs tələbəsi, eyni zamanda Rəqəmsal Bacarıqlılar və Riyaziyyatçılar Klubunun rəhbəri Məcidli Nurcan tərəfindən təqdim olunub.

Tədbir zamanı iştirakçılara kibertəhlükəsizliyin əsas prinsipləri, şəxsi məlumatların qorunması üsulları, eləcə də gündəlik istifadə zamanı diqqət edilməli vacib məqamlar barədə geniş və ətraflı məlumat verilib.

Seminar çərçivəsində iştirakçıların mövzu üzrə biliklərinin möhkəmləndirilməsi məqsədilə interaktiv yarış təşkil olunub, qalib tələbələr mükafatlandırılıb. 🏆

Tədbirin sonunda universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova seminarın əhəmiyyətini vurğulayaraq bu cür maarifləndirici tədbirlərin tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd edib.

Qeyd edək ki, Bakı Qızlar Universitetində tələbələrin maarifləndirilməsi və rəqəmsal savadlılığının artırılması istiqamətində bu kimi tədbirlərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Bütün xəbərlər