Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

06-06-2025

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.

Mənəvi  birlik və bərabərlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, firavanlıq və bol ruzi-bərəkət arzu edirik!

Qurban bayramınız mübarək!

Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi

Digər xəbərlər

Bütün xəbərlər