Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

01-05-2024

BQU-nun əməkdaşına filologiya elmləri doktoru elmi dərəcəsi verilib

BQU-nun əməkdaşına filologiya elmləri  doktoru elmi dərəcəsi verilib

     Bu günlərdə Bakı Qızlar Universitetinin əməkdaşı,“Xarici dil” kafedrasının dosenti  Kəmalə A. Cəfərovaya Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya  Komissiyasının 19.04.2024-cü il   tarixli qərarı ilə   5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasında “Filologiya elmləri  doktoru” elmi dərəcəsi verilmişdir. Onu da qeyd edək ki,  ingilis-Azərbaycan dilləri əsasında qeyd olunmuş ixtisas üzrə elmlər doktoru dissertasiyasını ilk müdafiə edən  Kəmalə Cəfərova olmuşdur. 

    Bu  münasibətlə K.Cəfərovanı təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq. 

                                                         Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər

Bütün xəbərlər