29-04-2025
29 aprel 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.
Konfransda Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin elmi rəhbərliyi ilə Filologiya-tarix fakültəsinin II kurs tələbələri — Məmmədova Ləman Mübariz qızı “Azərbaycan ədəbiyyatının mühafizi”, Şəhla Elbrus qızı Zeynalova “Gəlinqayada qoşa məzar” povestində türk qadın motivi”, Cəfərli Fəxriyyə Hacıbala qızı isə “Azərbaycan ədəbiyyatında mənfi obrazlar və tərbiyə motivi” mövzularında məruzələrlə çıxış ediblər.
Eyni zamanda Sosial-pedaqoji fakültənin I kurs tələbələri — Eyvazova Sahibə Zaur qızı “Kütləvi informasiya vasitələrinin uşaqların tərbiyəsində rolu” və Şıxəliyeva Mehriban Namiq qızı “Qəhrəmanlıq və yaddaş: şəhidlərin xatirəsinin müasir nəsillərə ötürülmə mexanizmləri” mövzusunda təqdimatlarla iştirak ediblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
29-04-2025
28-04-2025
28-04-2025
26-04-2025