Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

28-04-2025

“Keyfiyyətin təminatı və monitorinq” şöbəsinin keçirdiyi sorğunun nəticələri açıqlandı

“Keyfiyyətin təminatı və monitorinq” şöbəsinin keçirdiyi sorğunun nəticələri açıqlandı

“Dərslərin keyfiyyətinin ölçülməsi məqsədi ilə tərtib edilmiş sorğu” nəticələrinin təhlili üzrə “Keyfiyyətin təminatı və monitorinq” şöbəsi "Sosial-Pedaqoji" və "Filologiya-tarix"  fakültələrində sorğu keçirdi.

 BQU-da təhsil alan tələbələrin iştirakı ilə keçirilmiş sorğunun nəticələri fakültə üzrə müəllim fəaliyyətinin və dərs prosesinin bir sıra mühüm aspektlərini işıqlandırır. Sorğu 21 açıq və qapalı tipli sualdan ibarət olmuş, iştirakçılardan həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə əsaslanan cavablar toplanmışdır. 

Bu sorğunun keçirilməsində əsas məqsəd dərs deyən müəllimlərin pedaqoji fəaliyyətinin və tədris prosesinin müxtəlif aspektlərinin tələbə baxış bucağından qiymətləndirilməsi, onların müəllimlərlə bağlı təcrübə və fikirlərini öyrənmək, tədrisin keyfiyyətini artırmaq üçün potensial sahələri müəyyən etmək olmuşdur. 

         Sorğunun nəticələri göstərir ki, tələbələrin əksəriyyəti müəllimlərin pedaqoji fəaliyyətini ümumilikdə müsbət qiymətləndirirlər.                           

Son keçirilən sorğu nəticələrinə görə, həm "Sosial-Pedaqoji", həm də "Filologiya-tarix" fakültələrində tələbələrin əksəriyyəti müəllimlərin pedaqoji fəaliyyətini müsbət qiymətləndirib. Tələbələrin 72.5%-i müəllimlərin dərs metodlarını effektiv hesab edir, 20.3%-i dərs metodlarını qismən effektiv olduğunu qeyd edir, 7.2%-i isə dərs metodlarını effektiv olmadığını hesab edir.

    Sorğuda, dərslərin daha interaktiv və praktiki nümunələrlə zənginləşdirilməsi istəyi önə çıxıb. 

 

Digər xəbərlər

Bütün xəbərlər